Türkiyədə dəhşətli və olduqca qəribə qətl hadisəsi baş verib. Türk mətbuatının məlumatına görə, Umraniyə bölgəsində psixoloji problemləri olan Səbahəddin Alkan adlı kişi həyat yoldaşını və hamilə qızını boğaraq öldürüb.
O, həyat yoldaşı Ruzkat Alkan və 22 yaşlı qızı Sevgi Aslanı öldürməsinə səbəb kimi onları yuxuda ədəbsiz vəziyyətdə görməsi ilə izah edib. Polis tərəfindən saxlanılan şəxs yuxuda ailəsinin soyunduğunu görüb. Bundan sonra o, yatağından qalxaraq əvvəlcə arvadını, sonra isə ata evinə qonaq gələn hamilə qızını boğub. ANSPRESS
Yuxu görən türk arvadını və hamilə qızını öldürüb
Bu qəribə qətl hadisəsi Türkiyədə baş verib.




Şərhlər