Hadisə

Yuxarı Şirvan kanalında 17 yaşlı gəncin meyiti tapılıb

Cəlal İmranov iki gün əvvəl batmışdı

· Xəbərçi
Yuxarı Şirvan kanalında 17 yaşlı gəncin meyiti tapılıb

 

İyul ayının 27-də Göyçayın Alxasala kəndində Yuxarı Şirvan su kanalında batan 17 yaşlı kənd sakini Cəlal İmranovun meyidi tapılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, meyid bu gecə saat 03:50 radələrində tapılıb.

Xatırladaq ki, Cəlal İmranov əmisi oğlu Fərid İmranovla bilrlikdə kanalda çimərkən batıb. Bədbəxt hadisə günorta saat 16.00 radələrində baş verib.

O vaxtdan Göyçay rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Mingəçevir Dövlət Sulardan Xilasetmə Xidmətinin dalğıcları axtarış aparsalar da heç bir nəticə əldə edilməməmişdi. /ANS PRESS/

 

Şərhlər