Kiyev şəhərinin Peçera rayon məhkəməsi keçmiş baş nazir Yuliya Timoşenkonun həbsinə dair qərar verib. ANS PRESS-in “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarının elan edilməsindən dərhal sonra Timoşenkonun tərəfdarları “Rüsvayçılıq! Rüsvayçılıq!” deyə qışqırmağa başlayıblar. Belə ki, təxminən 30-dək milis işçisi məhkəmə zalına daxil olaraq, Timoşenkonu nəzarətə götürüblər. Həyətdən məhkəmə zalına milisin xüsusi “Berkut” dəstəsinin əməkdaşları da daxil olublar.
Dövlət ittihamçısı Liliya Frolova mütəhim üçün ölkədən çıxmamaq haqqında iltizamı həbslə əvəz etməyi xahiş edib.
Yuliya Timoşenko həbs olundu
Yanukoviç hakimiyyəti sabiq baş naziri cəzalandırmaq qərarına gəlib




Şərhlər