Bakının Qaradağ rayonunda piyadanın vurulması ölümlə nəticələnib. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə daxil olan məlumata görə, Ələt qəsəbəsi Nərimanov küçəsində, qəsəbə sakini 34 yaşlı Tahir Balakişiyev idarə etdiyi 90-DV-676 dövlət nömrə nişanlı avtomobillə 15 yaşlı Orxan Yüzbaşovu vurub. Zərərçəkmiş piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qadalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Anar Məmmədov /ANS PRESS/