Yoldaşından ayrılan kişi özünü güllələdi
09 Dekabr 2010 Cümə Axşamı 17:25
Qazax rayonunda intihar hadisəsi baş verib
Qazax rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məluamata görə, Azadlıq küçəsi 98 ünvanında daimi qeydiyyatda olan 54 yaşlı Nadir Məmməd oğlu Məmmədov özünü odlu silahla vuraraq öldürüb.

Məlumata görə, N.Məmmədov saat 02.00 radələrində Ağstafaçayın sağ sahilinə gələrək qoşalülə tüfənglə çənəsinin alt nahiyyəsinə atəş açıb. O elə hadisə yerindəcə keçinib.

Yardımçı təsərrüfatla məşğul olan mərhum bir müddət əvvəl boşanıbmış.

Faktla bağlı AR CM-nin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar