Yol polisi qadın sürücünü maşından düşürə bilmədi
18 Mart 2011 Cümə 07:39
Yol hərəkəti qaydalarının pozan qadın sürücü polisin saxla əmrinə riayət etməyib
Gecə Nizami raoynu Naxçivani küçəsində qadın sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması hadisəsi baş verib. Yol polisinin saxla əmrinə riayət etməyən xanım sürücü idarə etdiyi avtomobili saxlamadan ərazidən uzaqlaşıb. Polislər xanım sürücünü dayandırmağa müvəffəq olsalar da sürücü idarə etdiyi avtomobilin qapılarını bağlayaraq maşından düşməkdən imtina edib.

YPX-nın müfəttişi Şahin Heydərov sürücünün sərxoş ola biləcəyini deyib: “Sürücü polisin qanuni tələbinə tabe olmur. Maşından da düşmür və sənəd də təqdim etmir. Sürücünün sərxoş olmasından şübhələnirik”.

Qeyd edək ki, müfəttişin sürücünü qanunlara tabe olmağa çağırması bir nəticə verməyib. Sürücü isə polis əməkdaşlarının onu yaşadığı binanın həyətində saxladığını iddi edirdi.

YPX-nin müfəttişi Elşən Əzizov isə qadın sürücünün təhqir etdiyini bildirib: “Maşın bazarının yanında giriş qadağandır nişanının pozduğu üçün saxlama işarəsi verdik. Gəldi burda saxladı. Bizi təhqir edir və sənədlərini vermir”.

Qeyd edək ki, xanım sürücünü maşından düşürmək üçün əraziyə yol patrul xidmətinin əməkdaşları ilə yanaşı Nizami rayon polis idarəsi, o cümlədən çevik polis alayının əməkdaşları da cəlb olunub. Buna baxmayaraq polis əməkdaşlarının sürücünü qanunlara riayət etdirmək cəhdi baş tutmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar