Yol kənarında duran alverçiləri maşın vurdu
19 İyul 2010 Bazar Ertəsi 11:00
Qəza nəticəsində bir nəfər həlak olub.
Masallı rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İstintaq və təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-ya verdiyi məlumata görə, hadisə iyulun 18-də saat 19.00 radələrində Ələt-Astara avtomobil yolunun 177-ci kilometrliyində, Masallı rayonunun Sərçuvar kəndi ərazisində qeydə alınıb.

Masallı rayonunun Xıl kənd sakini, 1954-cü il təvəllüdlü İmanxan Yusif oğlu Məmmədovun idarə etdiyi “QAZ-3110” markalı, 10 CP 232 dövlət nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən, qəfildən idarəetməni itirərək yolun kənarında pomidor satan şəxsləri vurub və daha sonra yamaca aşaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və yol kənarında pomidor satan Masallı rayonunun Sərçuvar kənd sakini, 1994-cü il təvəllüdlü Lazım Nazim oğlu Məmmədov hadisə yerində keçiniblər. Sürücü İmanxan Məmmədov yaşadığı Xıl kənd məktəbində müəllim işləyirmiş.

Faktla bağlı DİN BDYPİ-nin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar