Hadisə

Yoğun peysər ürəyin xəstə olmasına işarədir

İnsanın peysərinin yoğuluğunu ölçməklə, onlarda ürək xəstəliyi mümkünlüyünü öyrənmək mümkündür.

· Xəbərçi
Yoğun peysər ürəyin xəstə olmasına işarədir

Bunu Framingham Ürək Tədqiqatları araşdırmasının müəllifləri deyirlər.

Onlar deyirlər ki, peysər hətta qarının piyliyindən də dəqiq proqnoz vermək imkanı yaradır. Bəzi adamların qarnı o qədər də böyük olmasa da, boyunları yoğundursa, bu onlarda ürəklə bağlı problemlərin yarana bilməsindən xəbər verir.

Tədqiqatçılar orta yaşı 51 olan 3300-dən çox qadın və kişini müqayisə edərək, belə nəticəyə gəliblər.

Nəticələr, Amerika Ürək Assosiasiyasının görüşünə təqdim olunub.

 

Şərhlər