Yevlax rayonunda dəhşətli qətl hadisəsi olub. Rayon Prokurorluğundan Milli.az-a verilən məlumata görə, Havarlı kənd sakini, 39 yaşlı Xəyyam Məhərrəmov qısqanclıq zəminində 27 yaşlı arvadı Xəyalə Məhərrəmovanı qətlə yetirib. O, gənc qadına çoxsaylı bıçaq xəsarətləri yetirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.
Qeyd edək ki, polis X.Məhərrəmovu tutaraq istintaqa təhvil verib. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Yevlaxda ər arvadını amansızcasına qətlə yetirdi
Hadisənin qısqanclıq zəmnində baş verdiyi bildirilir.




Şərhlər