Yeniyetmələri zorlamaqda ittiham olunan bəstəkar özünü öldürdü
23 May 2011 Bazar Ertəsi 13:05
73 yaşlı Cozef Bruks başına paket keçirilmiş, boynuna isə dəsmal salınmış halda aşkarlanıb
“You light up my life” hitinin müəllifi bəstəkar və prodüser Cozef Bruks Manhettandakı mənzilində ölmüş vəziyyətdə tapılıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, 73 yaşlı Bruks yerdə başına paket keçirilmiş, boynuna isə dəsmal salınmış halda aşkarlanıb. Zorlamada ittiham olunan bəstəkar məhkəmə prosesi başlamazdan öncə özünə qəsd edib. Meyitin yanında ölüm qabağı yazılmış məktub da olub. Lakin onun məzmunu açıqlanmır.

Qeyd edək ki, bəstəkar Cozef Bruks 2005-2008-ci illər arasında 13 qadını zorlamaqda təqsirli bilinərək həbs olunmuşdu və 1,25 milyon dollar girov müqabilində zaminə buraxılmışdı. Onun zorladığı xanımlar isə incəsənətə yeni gəlmiş gənclər olub. Onları dinləmək adı ilə aldadaraq evinə gətirən bəstəkar yeniyetmələri zorlayıb. Zorakılığa məruz qalan qadınlardan birinin xəstəxanaya müraciəti Oskar mükafatçısının həbsinə səbəb olmuşdu. Bruks ittihamları birmənalı olaraq rədd edirdi.

Xatırladaq ki, Cozef Bruks "You Light Up My Life" filminə bəstələdiyi mahnıya görə 1977-ci ildə Oskar və Grammy mükafatlarına layiq görülüb. Həmin mahnı uzun illərdir müxtəlif müğənnilər tərəfindən ifa olunur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar