Hadisə

Yeniyetmə "Toyota"nı səkiyə çırpdı

17 yaşlı sürücü İlmar Məmmədov həlak olub, sərnişini isə yaralanıb

· Xəbərçi
Yeniyetmə "Toyota"nı səkiyə çırpdı
Bakı şəhərinin Nəsimi rayonunda yeniyetmə sürücünün ölümü ilə nəticələnən avtoqəza baş verib. Fövqəladə Halar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Toyota” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə çırpılaraq aşıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb, 17 yaşlı sürücü İlmar Məmmədov həlak olub, 1 nəfər sərnişin isə yaralanaraq xəstəxanaya aparılıb.

Xilasedicilər nəqliyyat vasitəsində sıxılıb qalan İ.Məmmədovun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat səhərə yaxın saat 04:37-də başa çatıb.

Şərhlər