Hadisə

Yeni Zelandiyada 2 nəfər tornadonun qurbanı olub

Baş vermiş güclü tufan dağıntılara da səbəb olub

· Xəbərçi
Yeni Zelandiyada 2 nəfər tornadonun qurbanı olub
Yeni Zelandiyada tornado baş verib. Qasırğa xüsusilə ölkənin ən böyük şəhəri olan Ouklenddə və ətraf rayonlarda dağıntılara səbəb olub. Polisin məlumatına görə, qasırğa nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər də xəsarət alıb. Onların sayı dəqiqləşdirilir. Şahidlərin sözlərinə görə, güclü külək avtomobilləri çevirib, onlarla evin damını uçurub. Ticarət mərkəzlərindən biri tamamilə dağılıb.

Şərhlər