Hadisə

Yeni yolda ölümlə nəticələnən qəza baş verib

"Hyundai" ilə toqquşan "Mercedes-190"ın sürücüsü yerindəcə keçinib.

· Xəbərçi
Yeni yolda ölümlə nəticələnən qəza baş verib
Bakıda yeni istifadəyə verilmiş avtomagistralda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 16.40 radələrində baş verib.

"Hyundai Santa Fe" markalı maşınla "Mercedes-190" markalı maşın toqquşub. Nəticədə "190"nın 43-47 yaşlarında olduğu ehtimal olunan sürücüsü baş nahiyyəsindən ağır xəsarət alaraq hadisə yerindəcə keçinib.

Qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gələrək maşında sıxılmış vəziyyətdə qalan meyiti çıxarmağa başlayıb. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma başlanılıb. Hələlik qəzanın baş vermə səbəbi bilinmir. anspress

Şərhlər