Hadisə

Yeni Yasamalda yol qəzası: 1 ölü

Sürətlə hərəkət edən "Jiquli" beton maneəyə çırpılıb.

· Xəbərçi
Yeni Yasamalda yol qəzası: 1 ölü
Bu gün təxminən saat 19:20 radələrində Bakının Yeni Yasamal yaşayış massivi ərazisində bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, VAZ -2106 markalı, 10 DJ 574 dövlət nömrə nişanlı avtomobil qəzaya uğrayıb. Daha doğrusu, sürətlə hərəkət edən taksi Yeni Yasamal yolunda magistralın kənarındakı beton maneəyə çırpılıb. Nəticədə taksinin sərnişini olan, təxminən 40-45 yaşlarında kişi hadisə yerindəcə keçinib.

Yasamal rayon Polis İdarəsindən məlumat təsdiq edilsə də, növbətçi hissədən ətraflı məlumat verməkdən imtina edib. ANSPRESS

Şərhlər