Bu gün axşam saatlarında Bilgəh qəsəbəsində yerləşən keçmiş «Araz» sanatoriyasının ərazisində tikilən oteldə bədbxət hadisə baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə saat 22-radələrində baş verib. Tikintinini yeni salınan beton qatı uçub. Bir necə nəfər xəsarət alan olduğu bildirilir. Yaralılar 26 saylı şəhər xəstəxanasına aparılıblar. Onlardan biri, fəhlə işləyən - Masallı rayon Qızılağaç kənd sakini 1979-cu il təvəllüdlü Namiq Sənan oğlu Kərimov dünyasını dəyişib.
Hazırda hadisə yerində Sabunçu Rayon Polis İdarəsinin, prokurorluğunun və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyirlər. Hələlik hadisənin dəqiq səbəbləri məlum deyil. Hadisə baş verən əraziyə heç kimi buraxılmır./ANS PRESS/