Yeni kütləvi balıq ölümü
19 Aprel 2011 Çərşənbə Axşamı 10:33
ABŞ-ın Kaliforiya ştatında balıqlar oksigen çatışmazlığından ölüb
ABŞ-ın Kaliforiya ştatında Ventura limanında 1000-dən çox ölü xəmsə və sardina balığı tapılıb. Balıqların oksigen çatışmazlığından tələf olduğu ehtimal edilir. Son həftə ərzində Ventura limanında iri balıq tutmaq üçün istifadə olunan xırda balıqların sayı çoxalıb və ehtimal olunur ki, bunun nəticəsində balıqlar üçün oksigen qıtlığı yaranıb.
Mütəxəssislər kütləvi balıq ölümünün bu ilin əvvəlində Kaliforniyanın Redondo çimərliyindəki kütləvi ölüm qədər ciddi xarakter daşımadığını deyir. Həmin çimərlikdə 175 ton sardina balığı tələf olmuşdu.
DOSTLARINLA PAYLAŞ: