Yeni həbsdən çıxan şəxs bıçaqlanaraq öldürüldü
06 İyul 2011 Çərşənbə 10:55
O özünü bıçaqlayanın kimliyini açıqlamadan ölüb.
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Rayon Prokuroluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gecə saat 02.00 radələrində Əhməd bəy Ağaoğlu küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 29 yaşlı Təmkin Faiq oğlu Allahverdiyev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 5 saylı Xəstəxanaya çatdırılsa da qanaxma çox olduğundan onun həyatını xilas etmək mümkün olmayıb. Yaralını xəstəxanaya çadrıran avtomobilin sürücüsü bildirib ki, yolla gedərkən bir nəfər ona maşını saxlamaq üçün əl edib. O həmin şəxsin yaralı olduğunu bildikdə maşını saxlayaraq yaralını xəstəxanaya çatdırıb. Yolda sürücü onu kimin bıçaqladığını soruşsa da yaralı ona cavab verməyib.
İlkin məlumatda o da bildirilir ki, mərhum həbsxana həyatından yenicə azadlığa çıxıbmış. Onun üzərinə baxış zamanı isə üzərində bıçaq aşkar olunub.
Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı AR CM-nin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: