Bakının Yasamal rayonun ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə noyabrın 9-da saat 18.00 radələrində Yasamal rayonu ərazisindəki yeni dairəvi yolda olub.
Müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Mehdi İmanov vurulub. Nəticədə M.İmanov hadisə yerində ölüb.
Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. ANSPRESS
Yeni dairəvi yolda ilk piyada ölümü
Piyada hadisə yerində keçinib.




Şərhlər