Hadisə

Yəməndə növbəti toqquşma olub

Ölən və yaralanlar var

· Xəbərçi
Yəməndə növbəti toqquşma olub
Yəmənin paytaxtı Sənada anti-hökumət nümayişçilərinin növbəti aksiyası toqquşma ilə nəticələnib.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında baş vermiş toqquşmalarda azı 30 nəfər ölüb. Onlarla insan yaralanıb.

Şahidlərin sözlərinə görə təhlükəsizlik qüvvələri cümə ibadətindən sonra Səna universiteti yaxınlığında toplaşmış nümayişçilərə atəş açıb.

Yaralılardan çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı gözlənilir.

Şərhlər