Yəmənin paytaxtı Sənada bu gün kütləvi nümayişlər keçirilir. Prezident Əli Abdulla Salehin istefasını tələb edənlərlə yanaşı, onun tərəfdarları da küçələrə çıxıb.
Yəmənin 'Saba' dövlət informasiya agentliyinin məlumatına görə, Əli Abdulla Salehin tərəfdarları prezidentin həmrəylik nümayişi çağırışına cavab olaraq Sənaya gəliblər. Əksəriyyətini gənclər təşkil edən rejim əleyhdarları isə Səna universitetinin yaxınlığında düşərgələr quraraq, gəncləri küçələrə çıxmağa çağırıblar. Cümə ibadətindən sonra etirazçılara daha çox insanın qoşulacağı gözlənilir. Lakin aksiya iştirakçıları güc tətbiqindən ehtiyat edərək prezident sarayına planlaşdırılan yürüşü təxirə salıblar.
Yəməndə kütləvi nümayişlər keçirilir
Prezidentin əleyhdarları ilə yanaşı, tərəfdarları da küçələrə çıxıb




Şərhlər