Hadisə

Yəmən prezidenti hücumdan sonra xalqın qarşısına çıxdı

Əli Abdulla Saleh hücuma görə, müxalifətçi qəbiləni günahlandırıb

· Xəbərçi
Yəmən prezidenti hücumdan sonra xalqın qarşısına çıxdı
Prezident sarayına hücum zamanı yüngül yaralanan Yəmən prezidenti Əli Abdulla Saleh çıxış edib. O, hücuma görə, müxalifətçi qəbiləni ittiham edib. Məlumatı “Reuters” agentliyi yayıb. Prezident bildirib ki, hücum edənlərdən 7 nəfəri öldürülüb.

Xatırladaq ki, ötən gün silahlılar Prezident sarayının yaxınlığında yerləşən məscidə hücum ediblər. Əvvəl müxalifət telekanalı prezident Əli Abdulla Salehin öldürüldüyü barədə məlumat yaydı. Lakin dövlət başçısı ətrafı bu informasiyanı təkzib etdi.

Şərhlər