Yekaterinburqda azərbaycanlı qətlə yetirilib
16 Avqust 2010 Bazar Ertəsi 15:55
Sankt-Peterburq sakini olan azərbaycanlı Yekaterinburqda güllələnib.
APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, Sverdlovsk vilayətinin Baş Daxili İşlər İdarəsinin mətbuat mərkəzinin rəhbəri Valeri Qorelıx bildirib ki, qan içində olan meyit Sortirovka rayonunun Drujininsk meşə zolağında, Texniçeski küçəsindəki evin yanında tapılıb.
V. Qorelıxın sözlərinə görə, milis işçiləri hadisə yerindən Makarov tapançasına çox oxşar 2 tapança aşkarlayıblar. Tapançalardan birinin səsboğucusu olub. Bir neçə güllə yarası ilə qətlə yetirilmiş şəxsin üzərində pasportu olduğu üçün kimliyi müəyyənləşdirilib. Öldürülən şəxs Sankt-Peterburq sakini olan azərbaycanlıdır. Lakin mərhumun adı açıqlanmayıb. O da müəyyən olunub ki, o, Yekaterinburqa sərnişin qatarı ilə hadisə baş verəndən bir qədər əvvəl gəlib. İstintaqçılar onun üzərində tapılmış qatar biletinə əsasən bu qənaətə gəliblər.
Faktla bağlı qətl maddəsi ilə cinayət işi qaldırılıb. APA
DOSTLARINLA PAYLAŞ: