Bu gün axşam saatlarında paytaxtın Yasamal rayonu, Haqverdiyev küçəsində “Opel” markalı avtomobil qəfil arxa hissədən alışaraq yanmağa başlayıb. Sürücü dərhal maşını tərk edib.
Hadisə yerinə Yasamal rayon Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını gəlib. Yanğın söndürülsə də, avtomobil tam yararsız hala düşüb. Hadisənin səbəbləri aparılan araşdırmaların sonunda müəyyən ediləcək.
Yasamalda Opel alışaraq yanıb
Yanğın söndürülsə də, Opel avtomobil tam yararsız hala düşüb.




Şərhlər