Yasamalda ölümü ilə nəticələnən qəza baş verib
19 Avqust 2011 Cümə 05:07
Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, onu tapmaq mümkün olub
Ötən gecə Bakının Yasamal rayonunda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun İnşaatçılar prospektində naməlum avtomobil yolu keçmək istəyən piyadanı vuraraq hadisə yerindən qaçıb. 53 yaşlı piyada Baxşəliyev Baxşəli Yadulla oğlu hadisə yerində vəfat edib. Meyit hadisə yerində ilkin muayinədən keçiriləndən sonra Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə göndərilib.
Qəzanı törədərək hadisə yerindən yayınan sürücünün şəxsiyyəti isə müəyyənləşib. Məlum olub ki, qəza 24 yaşlı Nəcəfov Rüfət İsa oğlu tərəfindən “Hyundai” markalı avtomobillə törədilib.
Əməliyyat zamanı sürücü və ona məxsus nəqliyyat vasitəsinin yeri də müəyyən edilib. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.
DOSTLARINLA PAYLAŞ: