Yasamalda öldürülənlər cinsi azlıqların nümayəndələri olub
11 Avqust 2010 Çərşənbə 21:15
Onlara kirayə qaldıqları evi tərk etmək üçün vaxt verilibmiş.
Bu gün Yasamal rayonu Hüseyn Cavid prospekti 546, mənzil 194 ünvanında qətlə yetirilən iki nəfərin şəxsiyyətləri müəyyənləşib. Mənzilin dəhlizində və yataq otağında cəsədləri tapılan şəxslərin 1982-ci il təvəllüdlü Qasımov Zamiq Qasım oğlu və Kuzmin Yadigar Eldar oğlu olması dəqiqləşdirilib.

Hadisənin motivi barədə məlumat verilməsə də, hər iki şəxsin cinsi azlıqların nümayəndələri olduğu bildirilir. Qonşuların sözlərinə görə, sözügedən şəxslər bu mənzili bir ay əvvəl kirayə götürüblərmiş. Lakin onların adətən axşam saatlarında işə başlayaraq gecənin sükütünü öz səs-küyləri ilə pozması qonşuların əməlli başlı narazılığına səbəb olub. Buna görə də onlar hətta 27-ci polis bölməsinə şikayət ərizəsi ilə də müraciət ediblər. Bundan sonra cinsi azlığın nümayəndələrinə evi tərk etmələri üçün 6 gün vaxt verilib. Həmin müddətin tamamında isə təzə qonşular tək evi deyil, elə həm də bu dünyanı tərk ediblər.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar