Yasamalda körpə meyiti tapılıb
10 Aprel 2009 Cümə 22:30
Zibillikdən tapılan meyit 3 litrlik balonun içinə qoyulubmuş

Bu gün saat 19.00 radələrində paytaxtın Yasamal rayonundakı Bəşir Səfəroğlu 7 ünvanında yerləşən 18 nömrəli uşaq bağçasının həyətində naməlum körpə meyidi aşkarlanıb. Hadisə yerində olan şahidlərin sözlərinə görə, məhəllənin uşaqları zibil atarkən zibil yeşiklərinin yanında 3 litrlik balonun içərisində körpə olduğunu görüblər. Bu barədə dərhal polisə məlumat verilib. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin və 26-cı polis bölməsinin əməkdaşları gəlib, araşdırmalara başlanılıb. İlkin ehtimallara görə, şüşə balonun içərisindəki yeni döğulmuş körpədir. Hazırda körpənin kim tərəfindən və hansı səbəbdən atılması istiqamətində araşdırma aparılır. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar