Hadisə

Yasamalda 8 avtomobil qarət edildi

Hadisə bu gün səhər saatlarında baş verib.

· Xəbərçi
Yasamalda 8 avtomobil qarət edildi
Bu gün səhər saatlarında Bakının Yasamal rayonu, Tbilisi prospekti 75 ünvanında oğurluq faktı qeydə alınıb. Bu barədə məlumat ANS PRESS-ə Yasamal rayonu 29-cu polis bölməsindən verilib. Oğurluq Cəfər Cabbarlı kinostudiyasının yaxınlığında yerləşən binanın həyətində dayanmış 8 müxtəlif markalı avtomobildən edilib. Məlumata görə, maşınların şüşələri sındırılaraq və içərisində olan əşyalar götürülüb.

Baş vermiş hadisə ilə bağlı avtomobil sahibləri polis bölməsinə müraciət ediblər. Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər