Yasamal sakinini sifarişlə güllələyiblər
16 İyul 2010 Cümə 12:45
Qobu qəsəbəsində baş verən atışmanın təfərrüatları məlum olub. Yasamal sakinini sifarişlə güllələyiblər.
İyulun 15-nə keçən gecə Qobu qəsəbəsində baş verən atışmanın təfərrüatları məlum olub. Abşeron rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, silahlı insidentlə bağlı digər təfərrüatlar üzə çıxıb.
Saxlanılan İlqar Hacıyev və Fərhad Mövsuninin ətrafında aparılan tədbirlər nəticəsində onlar hadisəni 37 yaşlı Bakı sakini Töhvə Məmmədovanın sifarişi ilsə törətdikləriin etiraf ediblər. Keçirilən tədbirlər nəticəsində T.Məmmədova və 40 yaşlı Vuqar Qasımov tutulub.
Xatırladaq ki, iyulun 15-nə keçən gecə Qobu qəsəbəsində Yasamal rayon sakini, 56 yaşlı Elxan Ağayev naməlum şəxslərin silahlı hücumuna məruz qamışdı. Naməlum şəxslər E.Ağayevə tapançadan atəş açaraq onu yaralayıb və hadisə yerindən qaçmışdılar. Yaralı xəstəxanaya aparılıb.
Keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törədən Xırdalan şəhər sakini 44 yaşlı İlqar Hacıyev və Bakı şəhər sakini 50 yaşlı Fərhad Mövsuni tutulub. Onlardan hadisə zamanı istifadə edilmiş "Makarov" markalı tapança, 1 ədəd güllə darağı və 4 ədəd güllə götürülüb.
Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: