Hadisə

Yasamal rayonundamüəmmalı ölüm hadisəsi

Sürücü maşında qəfildən keçinib

· Xəbərçi
Yasamal rayonundamüəmmalı ölüm hadisəsi
Bakının Yasamal rayonunda müəmmalı ölüm hadisəsi baş verib. Rayon polis İdarəsinin 29-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün saat 11.30 radələrində Şəfayət Mehdiyev küçəsi 95 ünvanda, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin qarşısında bir nəfər sürücünün "Mercedes" markalı 10 DS 309 dövlət nömrə nişanlı avtomobilin sükanı arxasında olarkən qəfildən keçindiyi barədə məlumat daxil olub. Dərhal əraziyə əməliyyat qrupu göndərilib və aidiyyati qurumlar məlumatlandırılıb. Hazırda sürücünün kimliyi və ölüm səbəbi araşdırılır.


Şərhlər