Yasamal rayonundakı yaşayış evlərindən birində yanğın baş verib
25 Yanvar 2011 Çərşənbə Axşamı 06:15
Hadisə nəticəsində xəsarət alan olmasa da yanğın yaxınlıqda yaşayan qonşular arasında təşvişə səbəb olub.
Ötən gecə Bakının Yasamal rayonundakı yaşayış evlərindən birində yanğın baş verib. Hadisə gecə saat 01.00 radələrində rayonun Murtuza Muxtarov küçəsi 22 ünvanında, 2 mərtəbəli yaşayış binasının 1 ci mərtəbəsindəki mənzil 1 də baş verib. Yanğın nəticəsində milliyətcə rus olan Susikin Genaya məxsus 23 kvadrat metr ərazisi olan 1 otaqlı evin 12 kvadrat metr sahəsi əşyalarıyla birlikdə yanıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da yanğın yaxınlıqda yaşayan qonşular arasında təşvişə səbəb olub.

Yanğını söndürmək məqsədi ilə əraziyə Fövqəladə Hallar Nazirliyi yanğınsöndürmə briqadasının 3 maşını cəlb olunub və dərhal hadisə qeydə alınan mənzilə yaxın evdə yaşayan sakinlər ərazidən uzaqlaşdırılıblar. Alovun qısa vaxt ərzində söndürülməsi isə yanğının geniş miqyas almamasına səbəb olub.

Dövlət yanğından mühafizə xidmətinin əməliyyat növətçisi İlqar Nəsibov ANS-ə verdiyi açılqamasında ilkin versiya olaraq yanğının ev sahibinin səhlənkarlığı üzündən baş verdiyini bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar