İyunun 1-də 11.00 radələrində Yasamal rayonu Ə. Cəmil küçəsində yerləşən tibb firmasında partlayış baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, "Medeks" adlı firmanın 4-cü mərtəbəsində baş vermiş hadisəyə qaz sızması səbəb olub. Partlayış nəticəsində divarda çat əmələ gəlib, pəncərə şüşələri sınsa da xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır./ANS PRESS/