Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib
07 Dekabr 2009 Bazar Ertəsi 06:55
Yasamal rayonu ərazisində Xızı sakini 31 yaşlı Cəfərov Ramin Hökmulla oğlu naməlum şəraitdə bıçaq yarası alaraq xəstəxanaya çatdırılıb
Paytaxt Bakının Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə nəticəsində zərərçəkən Xızı rayonu, Şurabad kənd sakini 31 yaşlı Cəfərov Ramin Hökmulla oğlu 3-cü Yasamal küçəsi ev 93-də naməlum şəraitdə bıçaq yarası alaraq, yaxınlarının köməyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Onda qarının sol divarının kəsilmiş-deşilmiş yarasının olması aşkar edilib. Yaralı dərhal əməliyyat otağına alınaraq cərrahi müdaxiləyə məruz qalıb. Yara tibbi qaydada işlənildikdən sonra Ramin Cəfərov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir. Faktla əlaqədar olaraq Yasamal rayon polis idarəsinin istintaq şöbəsində təhqiqat araşdırmalarına başlanılıb. Zərərçəkmişin ifadəsi alınıb. İlkin ifadəsində zərərçəkmiş Ramin Cəfərov bıçaqla özü-özünə xəsarət yetirdiyini bildirsə də, faktın dəqiq təfərrüatı Yasamal polisi tərəfindən araşdırılır. Baş vermiş hadisə ilə bağlı cinayət işinin başlanılıb-başlanılmayacağı isə aparılan araşdırmalardan sonra müəyyən ediləcək. anspress
DOSTLARINLA PAYLAŞ: