Hadisə

Yarasa təyyarənin uçmasına mane oldu

Cəsur bir sərnişin yarasanı tutaraq təyyarənin ayaqyolu kabinəsinə buraxıb

· Xəbərçi
Yarasa təyyarənin uçmasına mane oldu
Amerikada Viskonsin-Corciya reysi ilə uçan “Delta” hava yollarına aid sərnişin təyyarəsində yarasa peyda olub. Yarasanın salonda uçması sərnişinlər və təyyarə ekipajı arasında təşvişə səbəb oub. Sərnişinlərdən biri isə baş verənləri videoya çəkərək görüntüləri internetdə yayıb.

Sərnişinlərin əksəriyyəti qorxudan qışqırsa da, cəsur bir sərnişin yarasanı tutaraq təyyarənin ayaqyolu kabinəsinə buraxıb. Kapitan pilot isə baş vermiş hadisə səbəbilə geriyə qayıtmağa qərar verib.

Qeyd edək ki, təyyarə hava limanına endikdən sonra yarasa tualetdən çıxarılıb, Corciya uçuşu isə yenidən həyata keçirilib.


Şərhlər