Yaponlar maşınlarda radiasiyanı yoxlayırlar
31 Mart 2011 Cümə Axşamı 16:05
Yoxlanışdan keçən maşınlara etiket vurulur
Yapon maşınlarının radiasiya ilə çirklənməsindən şübhələnənlər narahat olmaya bilər. Yaponlar bunun da yolunu tapıb. Şirkətlərdən biri avtomobillərin təhlükəsiz olmasını yoxlayır. Maşınlara bunu təsdiq edən etiketlər də vurulur. Bu cür etiketlər “Nisssan”ın Tayvanda buraxılan avtomobillərinə vurulur.

“Fukusima” Atom Elektrik Stansiyasında qəzadan sonra Yaponiyadan gətirilən bütün ehtiyat hissələri radioaktiv çirklənmədən yoxlanılır. Aperlin 1-dən isə nəzarət daha da gücləndiriləcək. Yoxlama ehtiyat hissələrinin limanlara gətirilməsindən tutmuş avtomobillərin yığılmasınadək bütün mərhələlərdə aparılacaq.

Şirkətin nümayəndəsi Hela Linq bildirib ki, sürücü və sərnişinlərin daha çox təmasda olduğu hissələr ciddi yoxlanılacaq: “Hər şeydən əvvəl mühərrik, sükan, oturacaq və yük yerlərinə diqqət yetiriləcək. Ən sonda yük yerləri və təkərlərin radiasiya ilə çirklənməsi yoxlanılacaq”.

“Nissan” avtomobilləri istifadəçilərdə xüsusi narahatlıq doğurur, onun mühərrik istehsal edən müəsisələri “Fukusima” prefekturasında yerləşir. “Reno-Nissan”ın başçısı Karlos Qon fabrikin aprel ayında yenidən işə düşəcəyinə söz verib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar