Hadisə

Yaponiyadakı zəlzələdən ölən sayı 375 nəfərə çatıb

580-dən artıq adam tkin düşmüş sayılır

· Xəbərçi
Yaponiyadakı zəlzələdən ölən sayı 375 nəfərə çatıb
Yaponiyanın şimal-qərbində baş vermiş dağıdıcı zəlzələ nəticəsində azı 375 nəfər ölüb. Məlumatı NHK telekanalı yayıb. Xəsarət alanların sayı dəqiqləşdirilir. Amma onların sayının yüzlərlə olduğu bildirilir. 580-dən artıq adam tkin düşmüş sayılır.

Son illərin ən güclü zəlzələlərindən biri Tokiodan 373 kilometr şimal-qərbə, Miyagi prefekturası sahillərində baş verib. Yeraltı təkanların gücü 8,9 bal təşkil edib. Zəlzələ ocağı 24 kilometr dərinlikdə olub. Bir qədər sonra eyni rayonda 6 baldan yuxarı daha bir neçə güclü yeraltı təuan qeydə alınıb. Onlardan birinin episentri Tokionun cəmi 67 kilometrliyində olub. Ən güclü afterşokun gücü 7,1 bal olub.

Şərhlər