Hadisə

Yaponiyadakı titrəyişlər Azərbaycanda qeydə alınıb

Səidə İsmayılova: "Bizim 25 telemetrik stansiya zəlzələlərin hamısını qeydə alıb"

· Xəbərçi
Yaponiyadakı titrəyişlər Azərbaycanda qeydə alınıb
Yaponiyada zəlzələ baş verən zaman Azərbaycan Milli Elmlər Akademiyasının Milli Seysmoloji Xidmətinin cihazları təbii fəlakəti qeydə alıb. Zəlzələnin Tədqiqatları Bürosunun rəisi Səidə İsmayılovanın sözlərinə görə, zəlzələ anı onlar tərəfindən real zaman çərçivəsində qeydə alınıb: “Yerli vaxtla saat 09:46-da Yaponiyada maqnitudası 8,9 bal olan zəlzələ qeydə alınıb. Bizim 25 telemetrik stansiya zəlzələlərin hamısını qeydə alıb”.

S.İsmayılova bildirib ki, real zaman çərçivəsində 55 avtoşok qeydə alınıb: “Biz bunların koordinatlarını, dərinliklərini, maqnitudasını qeydə alırıq. Axırıncı maqnitular 5,4 bal gücündə qeydə alınıb. Bu da onu göstərir ki, artıq avtoşoklar azalır. Sonuncu maqnituda 5.5 bal gücündə qeydə alınıb”.

Şərhlər