Yaponiyada tayfun 34 nəfərin həyatına son qoyub
06 Sentyabr 2011 Çərşənbə Axşamı 02:41
50-dən çox adam təbii fəlakət nəticəsində itkin düşüb
Yaponiyada “Talas” tayfunu qurbanlarının sayı 34 nəçfərə çatıb. 50-dən çox adam itkin düşmüş sayılır. Məlumatı Yaponiya KİV-i yayıb. Təbii fəlakət ən çox üç prefekturaya - Vakayama, Nara və Mieyə ziyan vurub. Vakayama prefekturasında tayfun onlarla maşını çevirib, ağacları aşırıb, çayın gətirdiyi taxtalar yolların kənarında “dağ” yaradıb. Sürüşmə və çayın gətirdiyi ağac parçaları üzündən bir çox yaollar bağlanıb.

Nati-Kaçuura rayon mərkəzində 2000-ə yaxın adam ətraf mühitdən təcrid olunub. Şəhər merinin qızı ölüb, həyat yoldaşı isə itkin düşüb. Onun sözlərinə görə, səhər tezdən həyat yoldaşı zəng vurub və 24 yaşlı qızlarını selin apardığı barədə məlumat verib. Bundan sonra əlaqə kəsilib.

Nara prefekturasının rayon mərkəzinə yaxın yaşayış məntəqələrində isə 4700 nəfər ətrafdan təcrid olunub.

Məlumata görə, ziyanın miqyasının böyük olmasının səbəbi tayfunu müşayiət edən leysan yağışlarıdır. Kii yarımdasında altı gün ərzində illik yağıntı normasının 70 faizi düşüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar