Anomal hadisə "Fukisima" AES-in yaxınlığında qeydə alınıb
Mart ayında baş verən zəlzələdən sonra bir-birinin ardınca partlayışlar qeydə alınan "Fukisima" Atom Elektrik Stansiyasının yaxınlığında anomal hal baş verib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, AES-dən 30 km aralıda qulaqsız dovşan doğulub. Radiasiyaya məruz qalan heyvanın görüntülərini İtaliyanın "Corriere della Sera Corriere TV" mətbu orqanı nümayiş etdirib.
Anomal heyvan yaxınlıqdakı kəndlərin əhalisini narahat etməyə başlayıb. Belə ki, valideynlər doğulacaq körpələrdə də hər hansı anomallıq və ya pis xəstəliklər ola biləcəyindən ehtiyatlanırlar.
Qeyd edək ki, AES-də qəza mart ayının 11-də Yaponiyada baş verən güclü zəlzələ və sunamidən sonra qeydə alınmışdı. Qəzadan sonra 20 km radiusdakı əhali evakuasiya edilmişdi. Daha sonra isə bu radius 30 km-ə çatdırılmışdı.