Yaponiyada ölənlərin sayı 7 minə yaxınlaşır
19 Mart 2011 Şənbə 03:05
İtkin düşən 10 mindən artıq adamın da yaşadığına ümid qalmayıb
Yaponiyanın müasir tarixinin ən dağıdığı zəlzələsindən və ardınca başv erən sunasidən səkkiz gün sonra təbii fəlakət qurbanlarının sayı 7 min nəfərə yaxınlaşıb. Milli polis idarəsi 6911 nəfərin öldüyünü təsdiqləyib, 10 mindən çox adam itkin düşmüş sayılır. İtkin düşənlərin sağ qalması ehtimalı demək olar ki yoxdur.

Həlak olanların sayı durmadan artır. Fukusima prefekturasından təxliyə edilənlərdən 21-i dünyasını dəyişib. Onlar “Fukusima-1” AES ətrafında radiasiya səviyyəsindən ardığından evakuasiya edilənlərdir. Təkcə Miyaqi prefekturasında ilkin məlumatalara görə 4 min nəfər ölüb. Yerli hökumət ölənlərin yaxınlarına meyitləri kremasiya - yaponlar üçün vacib adəti olmadan dəfn etməyə icazə verib. Miyaqinin qubernatoru Ksixiro Muray sakinləri ölkənin başqa rayonlarına köçməyə çağırıb. Çünki hal-hazırda hökumət sakinlər üçün normal yaşayış şəraiti yarada bilmir. Mütəxəssislərin hesablamalarına görə, yalnız yaşayış evlərinin bərpasına yarım ildən bir ilədək vaxt lazımdır.

Paytaxt Tokioda, eləcə də əksər bölgələrdə həyat öz məcrasına qayıdıb. Radiasiya səviyyəsi norma daxilindədir. Metro xətlərinin və şəhər elektrik qatarlarının bir hissəsi elektrik enerjisinə qənaət məqsədilə dayandırılıb. Ticarət şəbəkəsi tam həcmdə fəaliyyətini davam etdirir. Ərzaq qıtlığı hiss olunmur. Yalnız düyü və çörək olduqca tez satılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar