Yaponiyada növbəti güclü zəlzələ baş verdi
14 Aprel 2011 Cümə Axşamı 02:50
Rixter şkalası üzrə 6,1 bal gücündə yeraltı təkanlar ölkənin ən böyük adasında qeydə alınıb
Bu gecə Yaponiyada növbəti güclü zəlzələ baş verib. Rixter şkalası üzrə 6,1 bal gücündə yeraltı təkanlar ölkənin ən böyük adası Honsyuda qeydə alınıb. Məlumatı ABŞ Geoloji Xidməti yayıb.

Seysmoloqların məlumatına görə, yerli vaxtla saat 05.57-də (Bakı vaxtı ilə 00.57) baş verən zəlzələnin episentri Morioka şəhərindən 190, paytaxt Tokionunun isə 537 kilometrliyində yerləşir. Zəlzələ ocağı 11,2 kilometr dərinlikdə qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

Seysmoloqlar Honsyu adası rayonunda 5 baldan güclü yeraltı təkanların ən azı bir neçə ay ərzində davam edəcəyini proqnozlaşdırırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar