Yaponiyanın şimal-şərqində yenidən zəlzələ baş verib. Zəlzələnin gücü Rixter cədvəli ilə 7,1 bal təşkil edib. Yeraltı təkanlar Hönsü adasında qeydə alınıb, zəlzələnin episentri İvaki prefekturasından 31 kilometr qərbdə, yerin 40 kilometr dərinliyində olub. Yeraltı təkanlar paytaxt Tokioda da hiss edilib.
Regionda sunami təhlükəsi elan edilib. İlkin məlumatlara görə, artıq 1 metrə yaxın hündürlüyü olan dalğa İbaraki prefekturasının sahillərinə çatıb.
Yaponiyada güclü zəlzələ, sunami təhlükəsi var
Artıq 1 metrə yaxın hündürlüyü olan dalğa sahilə çatıb




Şərhlər