Yaponiyada Fukusima AES-in bünövrəsində çat aşkar edilib
02 Aprel 2011 Şənbə 14:13
Dənizə yüksək radioaktiv su axır
Yaponiyada qəzalı Fukusima 1 atom-elektrik stansiyasından dənizə yüksək dərəcədə radioaktiv su axır. Nüvə təhlükəsizliyi agentliyinin mətbuat katibi Hidehiko Nişiyama bu barədə məlumat verib.

Radioaktiv su Fukusima AES-in ikinci reaktorunun bünövrəsində yenicə aşkarlanmış çatdan artıq okean suyuna qarışmağa başlayıb. Suyun tərkibi ilə bağlı aparılan yoxlamadan sonra orada radiasiyanın yüksək olduğu müəyyən edilib. Suda aşkar edilən radiasiyanın miqdarının təkcə yarısının xərçəng xəstəliyi riskini artırdığı bildirilir. Ekspertlər eyni zamanda qeyd edirlər ki, radioaktiv maddə kütləsi Sakit okeanın suyunda tez bir zamanda yayıldığı üçün təhlükə riski çox azdır.

Mütəxəsislər radioaktiv suyun sızdığı çatı betonlamağı planlaşdırırlar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar