Yaponiyada 7,4 bal gücündə zəlzələ
22 Dekabr 2010 Çərşənbə 02:35
Hökumət zəlzələ ocağına yaxın adalarda sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb
Yaponiyanın cənubunda 7,4 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumat ABŞ Geoloji Xidmətinin internet saytında yerləşdirilib. Yeraltı təkanlar ötən gün Bakı vaxtı ilə saat 21.19-da qeydə alınıb. Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Oqasavara adaları rayonun, İo adasından 335 kilometr şimal-qərbdə olub. Zəlzələ ocağı 14,9 kilometr dərinlikdə yerləşib.
“Sinhua” agentliyinin məlumatına görə, Yaponiya hökuməti yaxın adalar üçün sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb. Tələfatla bağlı məlumat yoxdur.
Qeyd edək ki, Yaponiya planetin seysmoloji cəhətdən ən təhlükəli bölgələrindəndir. Statistikaya görə, 6 bal və daha güclü zələzələlərin 20 faizi burada baş verir. 1995-ci ilin yanvarında son bir ençə onillik ərzində ən güclü zəlzələ Yapoinyanın Kobe şəhərində baş vermişdi. 7,2 bal gücündə zəlzələ nəticəsində 6400-dən artıq adam ölmüş, 300 mindən çox sakin evsiz qalmışdı.
DOSTLARINLA PAYLAŞ: