Hadisə

Yaponiya zəlzələsində itənləri “Google” tapacaq

Ən böyük axtarış sistemi olan “Google” yapon xalqına dəstək vermək üçün “insan axtarışı sistemi” yaradıb

· Xəbərçi
Yaponiya zəlzələsində itənləri “Google” tapacaq
Dünyanın ən böyük axtarış sistemi olan “Google” yapon xalqına dəstək vermək üçün “insan axtarışı sistemi” yaradıb. Bu sistem sayəsində zəlzələdə itkin düşənləri axtararaq tapmaq mümkün olacaq. Yaponiya vətəndaşları öz qohumlarını bu saytda axtara biləcək, itkin düşənlər barədə xəbəri olanlar isə bu məlumatı sayta daxil edə biləcək. Zərərçəkmişlər həmçinin bu saytla tanışlara mesaj göndərərək sağ-salamat olduqlarını da bildirəcəklər. Qeyd edək ki, bu sistemdən ilk dəfə 2010-cu ildə Haiti zəlzələsində istifadə olunub. Sayt http://japan.person-finder.appspot.com ünvanında zəlzələdən zərər çəkənlərə xidmət göstərir.

Şərhlər