Hadisə

Yaponiya sunamisi Meksika sahillərinə çatdı

Altı ölkədə sunami təhlükəsi elan edildi

· Xəbərçi
Yaponiya sunamisi Meksika sahillərinə çatdı
Yaponiyada 8,9 bal gücündə zəlzələdən sonra yaranan sunami Meksikanın şimal-qərb sahillərinə çatıb. Bu barədə məlumatı Mekskikanın Ensenada limanının (Aşağı Kaliforniya ştatı) meteorologiya mərkəzi yayıb.

Alimlərin məlumatına görə, dənizin səviyyəsi 0,5 metr artıb. Mütəxəssislər hesab edirlər ki, suyun səviyyəsi 1-2 metr arta bilər. Bu arada isə Meksika hökuməti Sakit okeat sahillərində sunpami təhlükəsi ilə əlaqədar həyəcan elan edilib.

Analoji qərarı Kosta-Rika, Honduras, Qvatemala, Nikaraqua və Panama hökumətləri də qəbul edib.

Şərhlər