Yanan əsgərlərdən 4-ü hərbi hissəyə qayıdıb
29 Mart 2011 Çərşənbə Axşamı 12:20
2 nəfərin vəziyyəti isə yaxşıdır
Novruz bayramı günlərində Azərbaycan Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin hərbi hissələrindən birində baş verən yanğın zamanı xəsarət alan əsgərlərdən dördü artıq müalicə müəssisəsindən hərbi hissəyə göndərilib. ANS TV-nin bölgə müxbirinin məlumatına görə, gigər iki nəfərin isə vəziyyəti yaxşıdır.
Xatırladaq ki, hadisə martın 23-də Gədəbəy rayonunda yerləşən hərbi hissədə qeydə alınıb. Məlumata görə, yanğına səbəb odun sobasının yaxınlığında yerləşən yanacaq qazının partlamasından baş verib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində yaralanan əsgərlərin adları belədir:
Əhmədov Yusif Fərman oğlu,
Məlikli Ülvü Yusif oğlu,
Əsədov Rasim Rəşad oğlu,
Eminli Alı İnqlab oğlu,
Quliyev Rəvan Qəhrəman oğlu,
Əliyev Elman Rais oğlu.
Yanğın nəticəsində xəsarət alan əsgərlərin hamısı 2010-cu ildə hərbi xidmətə çağırılıblar.
DOSTLARINLA PAYLAŞ: