Hadisə

Yanacaqdoldurma məntəqəsində qanlı hadisə

Samux sakinini qayçı ilə yaraladılar

· Xəbərçi
Yanacaqdoldurma məntəqəsində qanlı hadisə
Gəncə şəhərinin Kəpəz rayonu ərazisindəki maye-qaz yanacaqdoldurma məntəqəsində qanlı insident baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, şəhər sakini Azər İsgəndərov münaqişə zəminində Samux rayon sakini Qafar Əliyevə qayçı ilə xəsarət yetirib. Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsgəndərov tutulub.

Hadisənin nə səbəbdən baş verməsi araşdırlır.

Şərhlər