Yanacaqdaşıyan maşın yaşayış evinin üstünə aşıb
29 İyul 2009 Çərşənbə 16:05
Hadisə nəticəsində maşında olan yanacağın bir hissəsi yola dağılıb

 

Badamdar qəsəbəsində yanacaqdaşıyan maşın aşıb. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza saat 15.00 radələrində qeydə alınıb. "Real Petrol"a məxsus maşının sürücüsü idarəetməni itirərək onu yaşayış evinin üzərinə aşırıb.

Nəticədə Bakı sakini Nemət Əliyevə məxsus ev yararsız hala düşüb. Qəza nəticəsində yaralanan sürücü 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Hələlik onun şəxsiyyəti məlum deyil.

Ev sahibinin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə vaxtı xoşbəxtlikdən mənzildə adam olmayıb. Bu da daha böyük təlafatın qarşısını alıb.

Qeyd edək ki, qəza nəticəsində maşında olan yanacağın bir hissəsi yerə dağılıb.

Hadisə yerində Səbael rayon Yanğından Mühafizə Xidməti və Polis İdarəsinin əməkdaşları işləyirlər. Yanğın təhlükəsinə qarşı tədbirlər görülür. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar