Hadisə

Yanacaq vaqonlarının aşmasının səbəbi bəlli olub

Qəza vaqonların nasazlığı səbəbindən baş verməyib.

· Xəbərçi
Yanacaq vaqonlarının aşmasının səbəbi bəlli olub
Gürcüstanda Azərbaycan Dövlət Dəmir Yollarına məxsus dizel çənləri ilə dolu vaqonların qəzaya uğraması Gürcüstan tərəfinin iddia etdiyi kimi vaqonların nasazlığı səbəbindən baş verməyib. Bunu ANS-ə müsahibəsində Azərbaycan Dövlət Dəmir Yolları idarəsinin Yüklərin Daşınması və Komersiya Şöbəsinin rəisi Teymur Məmmədov deyib. Onun sözlərinə görə, hər iki ölkənin mütəxəssislərindən ibarət komissiya tərəfindən araşdırma aprılıb və məlum olub ki, qəzaya səbəb Tiflis yaxınlığında yüklərin çeşidləmə parkında yolun nasaz olması səbəbindən baş verib. Belə ki, yüklərin boşaldıldığı parkda vaqonlar kənardakı yola verilərkən, həmin xətt qatarların təkərlərinə uyğun omayıb və qəza baş verib.

Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə Gürcüstanda Azərbaycan Dövlət Dəmir Yolllarına məxsus dizel yanacağı ilə dolu 4 vaqon aşdıqdan sonra Gürcüstan tərəfi qəzaya səbəb kimi Azərbaycana məxsus vaqonlarda olan texniki nasazlığı göstərmişdi. ANSPRESS

Şərhlər