“Xural” qəzetinin baş redaktoru və direktorunu saxlanılıb
25 May 2009 Bazar Ertəsi 17:45
Onlar Nərimanov Rayon Dövlət Yol Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və qəzetin baş direktoru Nizami Həsənli Nərimanov Rayon Dövlət Yol Polis İdarəsi 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Lent.az-a Əvəz Zeynallının özü məlumat verib. Baş redaktor bildirib ki, Nizami Həsənli öz avtomobilini idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılıb: “Mən də gəlib, xahiş etdim ki, buraxsınlar. Jurnalist vəsiqəsini təqdim edərkən, Dövlət Yol Polis İdarəsinin əməkdaşı Mehdi Səlimov bildirdi ki, bütün jurnalistləri sındırmaq lazımdır. Bundan sonra qalmaqal baş verdi və məni də xahiş etdiyimə görə saxladılar. Bizim saxlanılmağımız məqsədli şəkildə də ola bilər. Hələ ki, araşdırırıq”. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar